Milli Məclis “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyi qəbul edib, rüsumlar artırılır

Milli Məclis “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyi qəbul edib, rüsumlar artırılır
3 Dekabr 2021
Mətni dəyiş
Bu gün Milli Məclisin iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklik üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Yeni dəyişikliklərə əsasən, soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün tətbiq edilən dövlət rüsumu dəyişir. Dəyişikliyə əsasən, dövlət rüsumu 10 manatdan 15 manata qaldırılıb. Bundan başqa, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri də artırılıb. Dəyişikliyə əsasən, nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata qaldırılır. Eyni zamanda nikahın pozulmasının qeydə alınması üçün tətbiq edilən rüsumlar da artırılır. Belə ki, yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında – nikahın pozulmasının qeydə alınmasına görə olan dövlət rüsumu 15 manatdan 20 manata, məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən) nikahın pozulmasının qeydə alınması üçün olan rüsum 15 manatdan 20 manata qaldırılır. Həmçinin, Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumunun məbləği artırılır. Dəyişikliyə əsasən, ümumvətəndaş pasportları on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə: - bir yaşınadək uşaqlar üçün 10 manatdan 15 manata; - bir yaşından üç yaşınadək uşaqlar üçün – 20 manatdan 25 manat; - üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 30 manatdan 35 manata - on səkkiz yaşına çatmış vətəndaşlara – 40 manatdan 60 manata. Beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - bir yaşınadək uşaqlar üçün –20 manatdan 25 manata - bir yaşından üç yaşınadək uşaqlar üçün – 40 manatdan 55 manata - üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 60 manatdan 75 manata - on səkkiz yaşına çatmış vətəndaşlara – 80 manatdan 120 manata Bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə: - bir yaşınadək uşaqlar üçün –40 manatdan 55 manata; - bir yaşından üç yaşınadək uşaqlar üçün – 80 manatdan 115 manata; - üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 120 manatdan 155 manata - on səkkiz yaşına çatmış vətəndaşlara – 160 manatdan 210 manata qaldırılır. Təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə tətbiq edilən rüsumlar da artırılır. Belə ki, ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən on iş günü müddətində verildikdə: - bir yaşınadək uşaqlar üçün– 20 manatdan 25 manata; - bir yaşından üç yaşınadək uşaqlar üçün – 30 manatdan 40 manata; - üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 40 manatdan 55 manata - on səkkiz yaşına çatmış vətəndaşlara – 50 manatdan 75 manata Beş iş günü müddətində verildikdə: - bir yaşınadək uşaqlar üçün – 30 manatdan 40 manata - bir yaşından üç yaşınadək uşaqlar üçün – 50 manatdan 70 manata - üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 70 manatdan 100 manata - on səkkiz yaşına çatmış vətəndaşlara – 90 manatdan 135 manata Bir iş günü müddətində verildikdə: - bir yaşınadək uşaqlar üçün – 50 manatdan 65 manata; - bir yaşından üç yaşınadək uşaqlar üçün – 90 manatdan 125 manata; - üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 130 manatdan 165 manata; - on səkkiz yaşına çatmış vətəndaşlara – 170 manatdan 220 manata; Eyni zamanda qanuna təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə rüsum 11 manatdan 14 manata qaldırılır. Layihəyə əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə tətbiq edilən rüsumlar istisna olmaqla, 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə aşağıdakı rüsumlar tətbiq olunacaq: - on gün müddətində verildikdə və ya dəyişdirildikdə - 5 manat (əvvəl bu məbləğ 4 manat nəzərdə tutulmuşdu) - üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 25 manat (əvvəl bu məbləğ 20 manat nəzərdə tutulmuşdu) - bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 30 manat (əvvəl bu məbləğ 25 manat nəzərdə tutulmuşdu). Layihəyə əsasən, Azərbaycan Respublikası ilə həmsərhəd olan dövlətlərə vətəndaşların sadələşdirilmiş qaydada gediş-gəlişi üçün sənədlərin verilməsinə görə tətbiq edilən rüsum 3 manatdan 5 manata qaldırılır. - Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə itirilmiş Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin və müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə rüsum 10 manatdan 20 manata, - Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə rüsum 6 manatdan 10 manata; - Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına dəvət olunması haqqında sənədlərin verilməsinə görə rüsum 6 manatdan 10 manata; - Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə Qaçqın vəsiqəsinin və ya Yol sənədinin verilməsinə görə rüsum 5 manatdan 10 manata qaldırılır. Eyni zamanda, idman mərc oyunlarının həyata keçirilməsi məqsədilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsinə görə də dövlət rüsumu tutulacaq. Rüsumların məbləği “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə olacaq. “Dövlət rüsumu haqqında” qanuna əlavə edilən yeni - 18.75-ci maddəyə əsasən, idman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsinə görə 2000 manat dövlət rüsumu tutulacaq. Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı və gigiyenik sertifikatın verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri dəyişir. Dəyişikliyə əsasən, dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı 100 manatdan 150 manata qaldırılacaq. Qanuna yeni – 33.1-1 və 33.1-2-ci maddələr əlavə edilib. Bu maddələrə əsasən, dərman vasitələrinin və maddələrinin yenidən dövlət qeydiyyatı üçün 100 manat rüsum, dərman vasitələrinin və maddələrinin qeydiyyat sənədlərində dəyişikliklərin dövlət qeydiyyatı üçün isə 50 manat rüsum ödəniləcək. Həmçinin dəyişikliyə əsasən, gigiyenik sertifikatın verilməsi üçün rüsum 15 manatdan 25 manata qaldırılacaq. Layihə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə dövlət rüsumu dərəcələrinin sonuncu qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməklə artırılması, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi, o cümlədən mövcud qanunvericiliyə əsasən rüsum müəyyən edilməyən bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunun müəyyən edilməsi təklif olunub. Eyni zamanda, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi nəzərdə tutulub. Layihə avtomobil nömrələrini də əhatə edir. Təklif olunub ki, 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 2000, seriyası eyni hərflərdən ibarət olduqda 3000 manat, 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1500, seriyası eyni hərflərdən ibarət olduqda 2000, 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1000, seriyası eyni hərflərdən ibarət olduqda 1500 manat dövlət rüsumu tutulsun. Avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün rüsumlar da 20 manatdan 40 manata qaldırılır. Layihə parlamentin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Bundan başqa, dəyişikliklə digər rüsumlar da artırılır. Belə ki, avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə rüsum 10 manat artırılaraq 20 manat məbləğində olacaq. Digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçünrüsum artırılaraq 10 manat məbləğində müəyyənləşir. Əvvəl bu rəqəm 5 manat idi. Layihəyə əsasən, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə görə olan rüsumlara da dəyişiklik təklif olunur. Avto-moto nəqliyyat vasitələri üçün rüsumlar 25 manatdan 30 manata, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün rüsum 5 manatdan 10 manata qaldırılır. Qanuna təklif edilən yeni maddəyə əsasən, artıq beynəlxalq sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi də mümkün olacaq. Bunun üçün isə 12 manat rüsum müəyyən edilib. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun