Emin Əmrullayev Azərbaycan Basketbol Federasiyasının prezidenti seçilib

Emin Əmrullayev Azərbaycan Basketbol Federasiyasının prezidenti seçilib
14 Dekabr 2021
Mətni dəyiş

Azərbaycan Basketbol Federasiyasında növbədən kənar hesabat-seçki konfransı keçirilib.

Konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Seçkidə Nadir Nəsibov uzun müddətdir tutduğu vəzifədən istefa verib. Onu təhsil naziri Emin Əmrullayev əvəzləyib.

Nadir Nəsibov 1999-cu ildən bu vəzifədə olub. Emin Əmrullayev 1982-ci ildə anadan olub. 1999-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasında dövlət idarəçiliyi üzrə bakalavr təhsili alıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində dövlət idarəçiliyi üzrə magistr proqramını bitirib. Bundan əlavə, Macarıstan paytaxtı Budapeştdə magistr təhsili alıb, həmçinin bir çox beynəlxalq sertifikat proqramlarında iştirak edib. 2013-2014-cü illərdə Təhsil Nazirliyində Keyfiyyətin Təminatı sektorunun müdiri, 2014-2020-ci illərdə Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifələrində çalışıb. 2020-ci ilin yanvar ayından bu günədək Təhsil İnstitutunun direktoru vəzifəsini yerinə yetirib. Emin Əmrullayev eyni zamanda gənclər sektoruna dair beynəlxalq layihələrin idarə olunmasında böyük təcrübəyə malikdir. Ailəlidir, 2 övladı var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun