Böyük Britaniya Ali Məhkəməsi neytral cinsiyyət pasportlarının qadağan edilməsi barədə qərar çıxarıb

Böyük Britaniya Ali Məhkəməsi neytral cinsiyyət pasportlarının qadağan edilməsi barədə qərar çıxarıb
16 Dekabr 2021
Mətni dəyiş
Britaniyalı aktivist hökumətin neytral gender pasportlarının verilməsini qadağan edən siyasətinə qarşı qaldırdığı hüquqi iddianı uduzub. Kristi Elan Keyn bir neçə il davam edən kampaniyadan sonra Britaniya Ali Məhkəməsinə müraciət edib, amma hakimlər kollegiyası onun şikayətini təmin etməyib. Elan Keyn pasport üçün müraciət edənlərin kişi, yaxud qadın olduqlarını qeyd etmələrinin insan haqlarını pozduğunu deyib. Kampaniyanın digər iştirakçıları gender normalarına uyğun olmayan vətəndaşların pasport müraciətlərində “X” işarəsi ilə qeyd edilməsinə çağırış ediblər. Lakin Böyük Britaniya məhkəməsi bildirib ki, pasporta müraciət edənlərin cinsi “təqdim edilmiş doğum haqqında, övladlığa götürmə və ya cinsiyyətin tanınması haqda şəhadətnamələr və digər rəsmi qeydlərlə müqayisə edilərək şəxsiyyətini təsdiq etmək üçün istifadə edilə bilən bioqrafik məlumatdır”. “Dolayısı ilə hüquqi məqsədlər üçün tanınan və müvafiq sənədlərdə qeyd edilən cinsiyyət vacibdir”, Ali Məhkəmənin hakimi Robert Rid bildirib. Rid əlavə edib ki, hazırda heç bir Böyük Britaniya qanunu qeyri-cins kateqoriyasını tanımır və işin həlli hökuməti məsələyə ardıcıl yanaşmadan uzaqlaşdıracaq. Bir sıra ölkələr, o cümlədən ABŞ, Kanada və Danimarka özünü qadın və ya kişi kimi təqdim etməyən vətəndaşların hüquqlarının tanınması üçün neytral gender işarələri olan pasportların verilməsini və ya istifadəsinə icazə verməyi planlaşdırır. Elan Keyn deyib ki, Böyük Britaniya “tarixin yanlış tərəfindədir” və o, işi Strasburqdakı Avropa İnsan Haqları Məhkəməsinə göndərməyi planlaşdırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun