34 gündür aclıq edən Saleh Rüstəmlini Türkiyədən gələn həkimlər müayinə ediblər

34 gündür aclıq edən Saleh Rüstəmlini Türkiyədən gələn həkimlər müayinə ediblər
9 Dekabr 2021
Mətni dəyiş
34 gündür aclıq aksiyası keçirən Qarabağ qazisi, Gədəbəy rayonu İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmli bu gün Türkiyədən gələn həkimlər tərəfindən müayinə edilib. Bu barədə Saleh Rüstəmlinin oğlu Sezgin Rüstəmov məlumat verib. Onun sözlərinə görə, Türkiyədən gələn həkimlər atasının vəziyyətinin çox ciddi olduğunu və bu qədər uzun müddət qida qəbul etmədiyinə görə, beyində müəyyən hüceyrələrin sıradan çıxdığını və daha bərpa olunmayacağını bildiriblər. Sözügedən hüceyrələr danışıq, anlama qabiliyyəti və yaddaşa cavabdeh olan hüceyrələrdir. Xalq Cəbhəsi Partiyasının tərəfdarı, Birinci Qarabağ müharibəsinin veteranı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və “AXCP-nin qanunsuz maliyyələşdirilməsi” haqqında saxta iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Saleh Rüstəmli noyabrın 6-dan etibarən azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun