2015-ci ildə Xəzərdə qəzadan sonra itkin düşən neftçilərdən birinin şəxsiyyəti təyin edilib

2015-ci ildə Xəzərdə qəzadan sonra itkin düşən neftçilərdən birinin şəxsiyyəti təyin edilib
9 Dekabr 2021
Mətni dəyiş

2015-ci il dekabrın 4-də “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş verən qəza nəticəsində itkin düşən neftçilərdən birinin meyitinin tibbi ekspertizasından sonra şəxsiyyəti müəyyənləşib.

Meyit ölən neftçilərdən birinə - Bəhmən Cəfərova məxsusdur.

Faktı Baş Prokurorluq da təsdiqləyib.

2015-ci ildə Xəzər dənizində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov köşkdə olublar. Qəza ilə bağlı Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun