THY Türkiyə üzərindən Belarusa uçan iraqlı, suriyalı və yəmənli sərnişinləri qəbul etməyəcək

THY Türkiyə üzərindən Belarusa uçan iraqlı, suriyalı və yəmənli sərnişinləri qəbul etməyəcək
12 Noyabr 2021
Mətni dəyiş
Türk Hava Yolları (THY) və Belarusun "Belavia" aviaşirkəti miqrasiya böhranı səbəbindən Suriya, İraq və Yəmən vətəndaşlarını Belarusun paytaxtı Minskə uçuşlara qəbul etməyəcək. Polşa prezidentinin sözçüsü Yakub Kumoç Twitter hesabından verdiyi açıqlamada bildirib ki, Türk Hava Yolları diplomatik pasport sahibləri istisna olmaqla, Minsk təyyarələrində bundan sonra İraq, Suriya və Yəmən vətəndaşlarını qəbul etməyəcəyini təsdiqləyib. “Belavia”dan verilən yazılı açıqlamada isə qeyd edilib ki, Türkiyə rəsmi orqanlarının qərarına əsasən, 12 noyabr 2021-ci il tarixindən etibarən İraq, Suriya və Yəmən vətəndaşları Türkiyədən Belarusa uçuşlara qəbul edilməyəcək. Açıqlamada qeyd edilib ki, qadağaya məruz qalan sərnişinlərin bilet pullarını geri almaq hüququ var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun