Texasda abortun qadağan edilməsi haqda qanun dayandırıla bilər

Texasda abortun qadağan edilməsi haqda qanun dayandırıla bilər
2 Noyabr 2021
Mətni dəyiş
ABŞ Ali Məhkəməsinin əksər üzvləri Texas ştatında abort qadağasını dayandırmağa meyllidirlər. Hüquq müdafiəçiləri bu qanunu son yarım əsrdə ölkədə tətbiq edilənlər arasında ən sərti adlandırırlar. Bazar ertəsi məlum olub ki, lap əvvəldən qanuna qarşı çıxan sədr Con Roberts də daxil olmaqla dörd hakimdən başqa, Donald Trampın təyin etdiyi daha iki mühafizəkar – Brett Kavano və Emi Barret də ona qarşı çıxmaq niyyətindədir. May ayında Texasın respublikaçı hökuməti tərəfindən qəbul edilən qanun dölün ürək döyüntüsünü eşidən kimi hamiləliyin altıncı həftəsindən sonra dayandırılmasını qadağan edir. Qanunda zorlama və qohumluq əlaqələri qurbanları üçün də istisna nəzərdə tutulmayıb. Həkimlər və fəallar deyirlər ki, bu müddət ərzində bir çox qadın öz vəziyyətindən xəbərsiz olur. Onlar məhkəmələr vasitəsilə qanunun qarşısını almağa çalışsalar da, apellyasiya instansiyası tərəfindən rədd cavabı ilə üzləşiblər. Prezident Bayden administrasiyası da Texas qanununun dayandırılması üçün vəsatət qaldırıb. Ali Məhkəmə üzvlərinə yaxın mənbələrin bildirdiyinə görə, onların müddəaya aktiv şəkildə qarşı olması vətəndaşlara qadağanın tətbiqi üçün “müstəsna” məsuliyyət qoyulmasına və onların qadınlara hamiləliyi altı həftədən çox müddətə dayandırmağa kömək edən şəxslərə və təşkilatlara qarşı iddia qaldırmasına səbəb olur. Ali Məhkəmənin qərarı tezliklə ictimaiyyətə açıqlanmalıdır. ABŞ-ın bir çox ştatı oxşar qanunlar qəbul edib, lakin hamısı Ali Məhkəmənin presedentini pozduğu üçün rədd edilib. Məhkəmə 1973-cü ildə qadınların abort hüququnu tanıyıb və 1992-ci ildə qanunun döl ana bətnindən kənarda, təxminən 22 həftəlik hamiləlikdə yaşadığı müddətədək etibarlı olduğunu açıqlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun