Talibanın yeni ordusuna 150 000 nəfər cəlb ediləcək

Talibanın yeni ordusuna 150 000 nəfər cəlb ediləcək
11 Noyabr 2021
Mətni dəyiş
Taliban Əfqanıstanda yeni ordu yaratmağa başlayıb. Əfqanıstanın Taliban tərəfindən təyin edilən Baş Qərargah rəisi Kari Fasihuddin bildirib ki, yeni qurulan orduya 150 min şəxsi heyət cəlb olunacaq. "Yeni Əfqanıstan ordusunun qurulmasına 150 min döyüşçünün cəlb edilməsi ilə başlayacağıq" deyən Fasihuddin artıq qəbulun başladığını söyləyib. Fasihuddin keçmiş Əfqanıstan hökumətində xidmət edənlərin də yeni orduya qəbul ediləcəyini bildirib və əlavə edib ki, adı korrupsiya cinayətlərində hallanmamış olanlara üstünlük veriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun