Son bir ildə 300 min əfqan ölkəni tərk edib

Son bir ildə 300 min əfqan ölkəni tərk edib
12 Noyabr 2021
Mətni dəyiş

Avqustda Taliban silahlıları hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstanda iqtisadi çöküş genişlənib. Vəziyyət pisləşdikcə əfqanlar da ölkəni tərk etməyə davam edirlər. Məlumatlara görə, hər gün ən azı 4-5 min əfqan qanunsuz yollarla İrana keçir.

Bu barədə humanitar fəaliyyət göstərən Norveç Qaçqınlar Təşkilatı məlumat yayıb.

Təşkilatın direktoru Yan Eqland bildirib ki, Taliban silahlıları hakimiyyəti ələ aldıqdan sonra təxminən 300 min Əfqan İran sərhədini keçərək ölkəni tərk edib.

Eqlan bildirib ki, bunun qarşısı alınmasa Avropanı növbəti qaçqın böhranı gözləyir: “Təcili şəkildə həm Əfqanıstana, həm də region ölkələrinə maddi yardımlar ayrılmalıdır”, - deyə o əlavə edib.

Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və BMT Ümumdünya Ərzaq Proqramının (WFP) birgə hesabatına görə, quraqlıq, silahlı qarşıdurma, COVID-19 pandemiyası və iqtisadi böhran Əfqanıstanın ərzaq əldə etməsinə mənfi təsir göstərib.

Hesabatda qeyd olunub ki, Əfqanıstan əhalisinin yarıdan çoxu 2021-2022-ci illərin qışında “böhran” və ya “ifrat” səviyyədə ərzaq çatışmazlığı yaşayacaq.

Əfqanıstan əhalisinə yardım göstərmək üçün hər ay təxminən 220 milyon dollar tələb oluna bilər. FAO bu il 3,5 milyondan çox insana yardım edəcəyini və Əfqanıstan xalqının təcili yardım üçün 11,4 milyon dollara və 2022-ci il kənd təsərrüfatı mövsümü üçün 200 milyon dollara ehtiyacı olacağını açıqlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun