Bir sıra məhsulların aksiz vergisi artırılıb

Bir sıra məhsulların aksiz vergisi artırılıb
3 Noyabr 2021
Mətni dəyiş
Siqaretə tətbiq olunan aksiz dərəcəsi artırılır. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1 000 ədədinə tətbiq olunan 35 manat aksiz dərəcəsi 38,5 manata qaldırılır. Eyni zamanda qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1 000 ədədinə tətbiq olunan 12,9 manat aksiz dərəcəsinin 14 manat qaldırılması təklif olunur. Bundan başqa, spirt, tündləşdirilmiş içkilər və konyak üçün aksiz vergisi hər litr üçün 80 qəpik artırılacaq. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur. Hazırda qüvvədə olan Məcəlləyə əsasən, içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri 3 manat 20 qəpik təşkil edir. Artımdan sonra bu məbləğ 4 manat təşkil edəcək.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun