Səudiyyə Ərəbistanında ilk dəfə qadınların futbol liqası yaradılıb

Səudiyyə Ərəbistanında ilk dəfə qadınların futbol liqası yaradılıb
15 Noyabr 2021
Mətni dəyiş

Səudiyyə Ərəbistanı ölkə tarixində ilk dəfə Qadınlar Futbol Liqasının başladığını elan edib.

Səudiyyə Ərəbistanının Futbol Federasiyasından verilən açıqlamada bildirilib ki, 2017-ci ildə qəbul olunan qadın futboluna dəstək proqramı çərçivəsində atılan növbəti addımla noyabrın 22-dən etibarən Səudiyyə Ərəbistanı Qadınlar Futbol Liqasının ilk mərhələsinə start verilir.

"İki mərhələdən ibarət olacaq liqanın ilk mərhələsi bu ilin 22 noyabrında 3 şəhərdə (Riyad, Ciddə, Demmam) 16 komandanın iştirakı ilə başlayacaq.

Bildirilib ki, növbəti illərdə bölgələrdə də futbol meydanları tikiləcək.

Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir əl-Mişal bildirilib ki, çempionatın başlaması üçün bütün lazımi addımlar atılıb və demək olar ki, hər şey hazırdır. 

Son illərdə Səudiyyə Ərəbistanı qadınlarla bağlı bir sıra qadağaları götürüb. Belə ki, artıq qadınlar futbol meydanlarına daxil ola, maşın sürə, kişilərin daha çox təmsil olunduğu işlərdə işləyə bilirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun