Roma Papası Fransisk cinsi qısnama hallarını ifşa etdiklərinə görə jurnalistlərə təşəkkür edib

Roma Papası Fransisk cinsi qısnama hallarını ifşa etdiklərinə görə jurnalistlərə təşəkkür edib
15 Noyabr 2021
Mətni dəyiş
Katolik Kilsəsinin lideri Papa Fransisk Vatikanı silkələyən cinsi qısnama hallarının üzə çıxarılmasında göstərdikləri köməyə görə jurnalistlərə təşəkkür edib. Uzun müddət Vatikanda xidmət etmiş iki jurnalist üçün təşkil edilən mərasimdə çıxış edən Papa Fransisk jurnalistikanı yüksək qiymətləndirib. Papa vurğulayıb ki, jurnalistlərin xüsusilə internetdə yayılan dezinformasiya ilə mübarizə aparmaq üçün real dünyada nə baş verdiyini anlaması çox vacibdir. "Kilsə ilə bağlı problemi bizə dediyiniz, onun xalça altında süpürülməməsinə kömək etdiyiniz və zorakılıq qurbanlarının səsi olduğunuz üçün təşəkkür edirik", Papa Fransisk deyib. Kilsəni sarsıdan qısnama qalmaqalları ilk dəfə 2002-ci ildə ABŞ-ın “The Boston Globe” qəzetinin hazırladığı xəbərlərlə ortaya çıxıb. Qəzetin yayımladığı silsilə xəbərlərdə din xadimləri tərəfindən cinsi qısnamaya məruz qalan uşaq qurbanlardan bəhs edilir və Kilsənin bu hadisələri necə görməzdən gəldiyindən danışılır. ABŞ mediasının xəbərlərindən sonra bir çox ölkədə oxşar cinsi qısnama hadisələri ortaya çıxıb. Son olaraq oktyabr ayında Fransada yayımlanan hesabatda ölkədəki kilsələrdə 70 ildə 200 mindən çox uşağın cinsi istismara məruz qaldığı müəyyən edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun