“Qazprom” Avropaya təbii qaz nəql etməyə başlayıb, qiymətlər düşür

“Qazprom” Avropaya təbii qaz nəql etməyə başlayıb, qiymətlər düşür
10 Noyabr 2021
Mətni dəyiş
Rusiyanın enerji şirkəti “Qazprom” dünən noyabr ayı üçün Avropadakı beş yeraltı anbara təbii qaz nəql etməyə başlayıb, bu gün isə Avropada qazın qiyməti ucuzlaşıb. Hollandiya bazarında qazın qiyməti 6,2 faizə, Böyük Britaniya bazarında isə 3,2 faizə düşüb. Rusiya təbii qaz tədarükünü tədricən artırdığı üçün Avropada təbii qaz fyuçersləri bir meqavat/saat üçün 66 dollara düşüb. Təbii qazın qiymətinin aşağı düşməsində Polşa və Ukrayna vasitəsilə nəql olunan qazın həcminin artması təsirli olub. “Qazprom” Rusiyanın uzunmüddətli müqavilə öhdəliklərinə uyğun olaraq Ukrayna-Slovakiya sərhədində əlavə tutum saxlayıb. Qazprom-dan dünən verilən yazılı açıqlamada şirkətin Avropada qaz anbarları üzərində işə başladığı bildirilib, "Qazprom noyabr ayı üçün Avropadakı beş yeraltı anbara qaz nəqli planını təsdiqlədi və bu, həyata keçirilməyə başladı. Qaz nəqli həcmləri və marşrutlar müəyyən edildi", açıqlamada qeyd edilib. Oktyabrın 27-də Rusiya prezidenti Vladimir Putin Rusiyanın qaz anbarlarını doldurduqdan sonra “Qazprom”a Avropadakı anbarlara təbii qaz tədarükünü artırmağı tapşırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun