Polşadan yeni mühacir həmləsi: Sərhəddə divar tikiləcək

Polşadan yeni mühacir həmləsi: Sərhəddə divar tikiləcək
1 Noyabr 2021
Mətni dəyiş
Polşa parlamenti mühacirlərin ölkəyə qeyri-qanuni daxil olmasının qarşısını almaq üçün Belarusla sərhəddə divarın inşa edilməsinə icazə verib. 353 milyon avroya başa gələcək divarın tikintisinin qanuniləşdirilməsi üçün Polşa prezidenti Anjey Dudanın imzası gözlənilir. Hərəkət sensorları və izləmə sistemləri quraşdırılacaq divar Polşanın Belarusla 400 kilometrlik sərhədinin təxminən yarısını əhatə edəcək. Divarın gələn ilin yayına qədər tikiləcəyi gözlənilir. Hər gün 500 insan sərhədi keçməyə çalışır Bildirilir ki, hər gün təxminən 500 nəfər Belarus sərhədindən ölkəyə daxil olmağa çalışır. Polşa keçən həftə miqrantların hərəkətini məhdudlaşdırmaq üçün Avropa İttifaqından maliyyə istəyən 10 üzv ölkə arasında idi. Aİ prezidenti Ursula Von der Leyen bu tələbi rədd edib. Baş nazir Mateusz Moravieçki bildirib ki, "divar ölkəni qorumaq üçün lazımdır".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun