Navalnı həbsxanada ona dəstək olan azərbaycanlıya təşəkkür etdi: "Çox sağ ol, qardaş!"

Navalnı həbsxanada ona dəstək olan azərbaycanlıya təşəkkür etdi: "Çox sağ ol, qardaş!"
9 Noyabr 2021
Mətni dəyiş
Artıq 6 aydır ki, Rusiyanın ən nüfuzlu müxalifətçisi, siyasi məhbus Aleksey Navalnı Vladimirskiy vilayətindəki 2 saylı cəzaçəkmə müəssisəsindədir. Onun gəlişindən sonra keçmiş məhbuslar bu “zon” haqda, orada hökm sürən işgəncə və zorakılıqlardan çox danışırlar. Navalnının özü isə əvvəlcə onun koloniyasında baş verən zorakılıqların keçmişdə qaldığını iddia edirdi. Və bu yaxınlarda ətrafındakı həbsxana həqiqətləri haqqında danışmağı demək olar ki, dayandırıb. “Dojd” telekanalının jurnalisti Konstantin Qoldenzvayq Navalnı ilə eyni kamerada oturan məhkumlarla danışa bilib və onların köməyi ilə son aylardakı hadisələrin gedişatını üzə çıxarıb. Beləliklə, koloniyanın əsas sakininin bu günədək danışmadığı təfərrüatlar məlum olub. Telekanala həqiqətləri çatdıran keçmiş məhbuslar arasında bir azərbaycanlı da olub. Bu barədə Aleksey Navalnı öz Facebook səhifəsində həbsxanadakı işgəncələrlə bağlı həqiqətlər ortaya çıxdıqdan sonra verdiyi açıqlamada qeyd edib. [caption id="attachment_110874" align="alignnone" width="1698"] Azərbaycanlı keçmiş məhbus Nəriman Osmanov[/caption] Navalnı koloniyada başına gələnlər barədə yazarkən qeyd edib ki, “zona” gətirildiyi ilk günlərdən birində Nəriman Osmanov adlı bir qafqazlı ona yaxınlaşıb. “Ondan dağıstanlı olub-olmadığını soruşdum. “Azərbaycanlı avaram” dedi. Sağa-sola baxaraq casus filmlərindəki kimi “Ətrafında ancaq əclaflar (rəhbərliyə işləyənləri belə adlandırırlar) və satqınlar var. Hər addımın nəzarət altındadır. Heç bir sözə inanma. Hətta bərkdən “bəli” desəm belə, bu, əslində “yox” deməkdir” deyərək söhbətimiz bitmiş kimi uzaqlaşdı. Əslində yeni bir şey eşitmədim, amma bu adamın ciddi risk aldığı aydın idi. Bu gün vəkilim Nəriman və digər keçmiş məhbusların “Dojd” telekanalına koloniyada baş verənlər barədə danışdıqlarını eşidəndə daha da heyrətləndim. Mən həqiqətən də həbsxana içində daha bir həbsxanada yaşayıram və şəxsən özümə aid olanlardan başqa heç nədən xəbərim yoxdur. Buna görə də eşitdiklərimdən şok oldum. Məsələn, mənimlə söhbət edən bərbəri döyüblər. Onunla sadəcə iki kəlmə kəsmişdik. Mən də fikirləşirdim o hara yoxa çıxıb? Nəyə güldüm? Sən demə, mənimlə qonşu yataqda “vərəm xəstəsi”nin uzanması əslində quraşdırma imiş. Bunlar məni qorxutmaq üçün imiş”, deyə Navalnı qeyd edib. Aleksey Navalnı yazısının sonunda qeyd edib ki, heç kim görməyəndə Nərimana göz vururdu, o isə cavab olaraq yumruğunu düyünləyərək ona dəstək jesti edirdi. “Xüsusilə aclıq aksiyasının ən gərgin zamanlarında Nərimanın varlığı mənə əlavə qüvvət verdi. Ona görə indi də mən ona dəstək jesti edirəm. Çox sağ ol, qardaş!” deyə Navalnı yazıb. Qeyd edək ki, “Dojd” telekanalının reportajından sonra Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov  məsələyə münasibət bildirib. O deyib ki, Kreml Aleksey Navalnının həbsxanada hansı şəraitdə saxlanılması və onun orada təzyiqlərə məruz qalıb-qalmaması ilə bağlı məlumatların yoxlanılmasını zəruri hesab etmir. “Bu, daha çox Federal Penitensiar Xidmətin orqanlarına aid olan mövzudur. Bu mövzunun Kremlə heç bir aidiyyatı ola bilməz”, - deyə o əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun