“Nardaran məhbusu" karserə salınıb

“Nardaran məhbusu" karserə salınıb
18 Noyabr 2021
Mətni dəyiş
“Nardaran işi"  üzrə mühakimə olunmuş Cabbar Cabbarov altı sutkalığa 1 saylı koloniyanın karserinə salınıb. Bu barədə onun yaxınları məlumat veriblər. C.Cabbarovun yaxınlarının sözlərinə görə, cəzaya formal səbəb məhbuslar arasında davanın baş verməsidir. Lakin Cabbarov davada iştirak etməyib. Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb. Cabbarov 2015-ci ildə Nardaran qəsəbəsində  güc qurumlarının "Müsəlman Birliyi" Hərəkatının lideri Taleh Bağırzadəyə qarşı xüsusi əməliyyatı zamanı saxlanılıb. Sonradan Cabbar Cabbarov terrorizm, silahların qanunsuz dövriyyəsi, qəsdən adam öldürmə, kütləvi iğtişaşların təşkili və sair cinayətlərdə ittiham olunaraq 19 il müddətinə azadlıqdan məhrum edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun