Milli Məclis Amnistiya Aktını qəbul edib

Milli Məclis Amnistiya Aktını qəbul edib
5 Noyabr 2021
Mətni dəyiş
Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qərar layihəsi qəbul edilib. Milli Məclis sədrinin I müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisin bu gün keçirilən iclasında deyib ki, ənənəvi olaraq amnistiya qərarları bayram günləri ilə bağlı qəbul olunur. “Akta əsasən, təxminən, 3 min məhkum azadlığa buraxılacaq. Ehtiyatsızlıqdan cinayət törətmiş 1 000-dən çox şəxs, himayəsində uşağı olan, təxminən, 600 nəfər və təxminən, 100 qadın amnistiyaya düşəcək. Onu da qeyd edim ki, indidən dəqiq rəqəmləri söyləmək çətindir. Rəqəmlərin təqribən, bu civarda olacağı gözlənilir”, - o bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun