Liviyada keçiriləcək prezident seçkilərində Qəddafinin oğlu da namizəd olmaq üçün müraciət edib

Liviyada keçiriləcək prezident seçkilərində Qəddafinin oğlu da namizəd olmaq üçün müraciət edib
15 Noyabr 2021
Mətni dəyiş
Müəmmar Qəddafinin oğlu Seyfulislam Qəddafi dekabrın 24-də Liviyada keçiriləcək prezident seçkilərində namizəd olmaq üçün müraciət edib. Reuters agentliyinə açıqlama verən Liviya Ali Seçki Komissiyasının rəsmisi Seyfulislam Qəddafinin prezident seçkilərində namizəd kimi müraciət etdiyini və qeydə alındığını təsdiqləyib. Komissiya noyabrın 7-də prezident və parlament seçkilərində namizədlərin irəli sürülməsinə başlandığını elan edib. Prezident seçkiləri ilə bağlı namizədlik ərizələrinin qəbulu noyabrın 22-dək, parlament seçkiləri üçün isə dekabrın 7-dək davam edəcək. Euronews-un Liviyanın Əl-Əhrar televiziyasına istinadən yaydığı xəbərə görə, Seyfülislam Qəddafi namizədlik ərizəsini ölkənin cənubundakı Sebha şəhərində verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun