İraqın Baş nazirinə sui-qəsd cəhdi olub

İraqın Baş nazirinə sui-qəsd cəhdi olub
8 Noyabr 2021
Mətni dəyiş
İraqın Baş naziri Mustafa Əl-Kazımi bazar günü səhər saatlarında iqamətgahını hədəf alan pilotsuz təyyarələrlə sui-qəsd cəhdindən sağ çıxıb və rəsmilər onun xəsarət almadığını bildirib. Hücum İranın dəstəklədiyi milislərin keçən ay keçirilən parlament seçkilərinin nəticələrini qəbul etməkdən imtina etməsi nəticəsində yaranan gərginlik fonunda baş verib. İki İraq rəsmisi Associated Press-ə bildirib ki, Bağdadın güclü şəkildə qorunan Yaşıl Zona bölgəsində iki silahlı pilotsuz təyyarə ilə həyata keçirilən hücumda Əl-Kaziminin yeddi mühafizəçisi yaralanıb. Onlar rəsmi açıqlama vermək səlahiyyəti olmadığı üçün anonimlik şərti ilə danışıb. “Mən yaxşıyam və xalqımın arasındayam. Allaha şükürlər olsun” - deyə, baş nazir hücumdan qısa müddət sonra tvit yazıb. O, “İraq naminə” sakitliyə və təmkinli olmağa çağırıb. Hökumətin açıqlamasında bildirilib ki, pilotsuz təyyarə Əl-Kaziminin evini vurmağa çalışıb. Bağdad sakinləri xarici səfirliklərin və dövlət idarələrinin yerləşdiyi Yaşıl Zona istiqamətindən partlayış səsi eşitdiklərini və ardınca güclü atışma olduğunu bildirib. Dövlət mediasının yaydığı bəyanatda deyilir ki, təhlükəsizlik qüvvələri “bu uğursuz cəhdlə bağlı lazımi tədbirləri görür”. Hücumun məsuliyyətini üzərinə alan olmayıb. Bu, İraqdakı parlament seçkilərində mandatların üçdə ikisini itirənlərin seçkilərin nəticələrini rədd etməsindən sonra onların təxminən bir aydır ki, Yaşıl Zona yaxınlığında düşərgə salan İran tərəfdarı şiə milislərlə təhlükəsizlik qüvvələri ilə qarşıdurma fonunda baş verir. Təhlükəsizlik qüvvələri etirazçılara qarşı gözyaşardıcı qaz və həqiqi güllələrdən istifadə edib. Atışma nəticəsində bir etirazçı həlak olub. Onlarla təhlükəsizlik qüvvəsi yaralanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun