İnsan haqları təşkilatları Qış Olimpiya Oyunlarının sponsorlarını Pekinə təzyiq göstərməyə çağırır

İnsan haqları təşkilatları Qış Olimpiya Oyunlarının sponsorlarını Pekinə təzyiq göstərməyə çağırır
12 Noyabr 2021
Mətni dəyiş
Qərargahı Nyu Yorkda yerləşən Human Rights Watch (HRW) gələn il Çində keçiriləcək Qış Olimpiya Oyunlarına sponsorluq edən şirkətləri Pekinin Sincan bölgəsində müsəlman azlıqlara qarşı repressiyalara göz yummaqda ittiham edib. Çinin Sincanda azlığa qarşı "insanlığa qarşı cinayət törətdiyi"ni bildirən HRW Olimpiya Oyunlarının əsas sponsorlarının insan hüquqlarının pozulmasına son qoyması üçün Pekinə təzyiq göstərməli olduğunu qeyd edib. "Səssiz diplomatiya erası bitdi", deyə HRW-nin Qlobal Təşəbbüs Direktoru Minky Worden söyləyib. O, sponsor şirkətləri Pekinə təzyiq göstərməyə çağırıb. Qurum təşkil edilən mətbuat konfransına sponsorluq edən şirkətlərdən Beynəlxalq Olimpiya Komitəsinə də sözügedən pozuntulara baxması üçün yenidən təzyiq etmələrini tələb edib. Qış Olimpiya Oyunları gələn il fevralın 4-20-də keçiriləcək. Baş ofisi ABŞ-da yerləşən Coca-Cola, Intel və AirBnB oyunların əsas sponsoru olan 13 şirkət arasındadır. Beynəlxalq insan haqları qurumları və ABŞ Konqresinin üzvləri Sincan bölgəsində uyğur türklərinə və digər müsəlman azlıqlara qarşı insan haqları pozuntularının davam etdiyini əsas gətirərək oyunların dayandırılmasını tələb edirlər. BMT ekspertlərinin fikrincə, 2017-ci ildən bəri Sincanda ən azı 1 milyon müsəlman azlıq üzvü öz iradələri olmadan əmək düşərgələrində zorla saxlanılıb. Çin bu düşərgələrin könüllü peşə təhsili mərkəzləri olduğunu iddia edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun