Honq Konqda müxalif fəal saxta ittihamlarla ömürlük həbs edilə bilər

Honq Konqda müxalif fəal saxta ittihamlarla ömürlük həbs edilə bilər
3 Noyabr 2021
Mətni dəyiş
Honq konqlu 20 yaşlı müxalif fəal Toni Çanq ötən il qəbul edilmiş Milli Təhlükəsizlik Aktına əsasən, separatizmə təhrik və çirkli pulların yuyulmasında təqsirli bilinib. Hökm noyabrın sonunda elan olunacaq, qanunun pozulması ömürlük həbslə cəzalandırıla bilər. “Utanılacaq heç nə etməmişəm”, deyə Toni Çanq məhkəmədə bildirib. “Studentlocalism” etirazçı gənclərin hərəkatını quran Toni Çanq bir il əvvəl həbs edilib. Fəallar Honq Konqda birbaşa seçkilərin keçirilməsini müdafiə ediblər. Çin Parlamenti Milli Təhlükəsizlik Qanununu qəbul etdiyi gün bu təşkilat ləğv edilib. Prokurorluq iddia edir ki, rəsmən ləğv olunmasına baxmayaraq, hərəkat fəalları fəaliyyətlərini davam etdiriblər. Polis son aylarda yeni qanunu pozduğuna görə 150-dən çox şübhəlini saxlayıb. İlin əvvəlində Pekin Honq Konqda seçki qanunlarını dəyişərək müxalifətin imkanlarını məhdudlaşdırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun