Gürcüstanda 9 millət vəkili Saakaşviliyə dəstək üçün aclıq aksiyası keçirir

Gürcüstanda 9 millət vəkili Saakaşviliyə dəstək üçün aclıq aksiyası keçirir
15 Noyabr 2021
Mətni dəyiş

Gürcüstanda müxalifət partiyalarından olan 9 millət vəkili oktyabrın 1-də həbs olunduqdan sonra aclıq aksiyası keçirən sabiq prezident Mixeil Saakaşviliyə dəstək məqsədilə aclıq aksiyasına başlayıb.

Ana müxalifət partiyası olan Vahid Milli Hərəkat Partiyasının deputatlarından biri Davit Kirkitadze bildirib ki, Saakaşvili hazırda həbsxanaya məxsus olan xəstəxanada saxlanılır və ora təhlükəsiz deyil.

Kirkitadze deyib ki, Saakaşvili tam təchizatlı və təhlükəsiz bir xəstəxanaya köçürülməlidir və bu tələblə aclıq aksiyasına başlayırlar. Kirkitadzedən başqa, Akaki Minaşvili, Temur Canaşiya, Baçuki Kardava, Nika Maçutadze, Giorgi Qodabrelidze, Sulxan Sibaşvili, Levan Bejaşvili və Abdulla İsmayılov da aclıq aksiyasına başlayıblar.

Noyabrın 13-də Mixeil Saakaşvilinin tərəfdarları Tiflisdə parlament binası qarşısına toplaşaraq ona dəstək üçün növbəti aksiya keçirirlər.

Aksiyanın təşkilatçıları Vahid Milli Hərəkat müxalifət partiyasının üzvləridir. Etirazçıların əsas tələbləri Saakaşvilinin həbsxana xəstəxanasından mülki klinikaya köçürülməsi, azadlığa buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsidir.

Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun