"Guardian": İngiltərədə son 5 ildə “namus” cinayətləri 81 faiz artıb

"Guardian": İngiltərədə son 5 ildə “namus” cinayətləri 81 faiz artıb
1 Noyabr 2021
Mətni dəyiş

“Guardian” qəzetinin xəbərinə görə, İngiltərədə son beş ildə “namus” bəhanəsi ilə törədilən cinayətlərin sayı artıb.

Məlumat əldə etmək hüququ çərçivəsində verilən suallara 39 polis idarəsi nəzdində 28 ayrı qurum cavab verib. Məlum olub ki, zorlama, ölümlə təhdid və zorakılıqla bağlı cinayətlər artıb. Bu motivli cinayətlərin sayı 2016-cı ilə 884 olub, 2020-ci ildə isə 1599-a qədər yüksəlib. Bu rəqəm cinayətlərin 81 faiz artmasını göstərir.

Məlumata görə, bu cinayətlərdən 12-15-i “namus” üstündə törədilir.

İngiltərə polisi rəqəmlərin artmasını onunla əlaqələndirir ki, əvvəllər bu motivdə olan cinayətlərdə qurbanlar və ya onların yaxınları polisə müraciət etmirdilər, indi isə bu edirlər.  Bu da rəsmi rəqəmlərin artmasına səbəb olur.

Ancaq yerli vəkillər düşünürlər ki, burada əsas səbəb cinayətlərin artmasıdır. Bu cinayətlərə məruz qalan ailələri təmsil edən vəkil İmran Khodabokus rəqəmlərin qorxulu olduğunu deyir.

“Bu rəqəmlər yəqin ki, aysberqin yalnız görünən hissəsidir, Qapanmalar bu rəqəmləri daha da artırır. Hətta normal həyata qayıtdıqdan sonra da “namus” cinayətlərinin artacağını gözləyirəm. O da düzdür ki, işlərin xarakterinə görə zərərçəkənlərin çoxu polisə müraciət etmir. Çünki bu şikayətə nə məktəb, nə sosial xidmətlər göstərən təşkilatlar, nə də polis ciddi yanaşır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun