Gələn il Qarabağın bərpasına 2,2 milyard manat xərclənəcək

Gələn il Qarabağın bərpasına 2,2 milyard manat xərclənəcək
11 Noyabr 2021
Mətni dəyiş
“İşğaldan azad edilmiş ərazilərin bərpası 2022-ci ilin büdcə xərclərinin əsas istiqamətləri sırasında yer alacaq”. Bunu Milli Məclisin komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib. “Azad edilmiş ərazilərin bərpa olunması, yenidən qurulması, soydaşlarımızın öz doğma torpaqlarına qayıtması kimi şərəfli vəzifənin yerinə yetirilməsi təmin ediləcək”, - deyə nazir əlavə edib. Onun sözlərinə əsasən, 2022-ci ildə bu məqsədlər üçün 2,2 milyard manat vəsaitin ayrılması proqnozlaşdırılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun