Facebook bir milyarddan çox istifadəçinin məlumatlarını siləcək

Facebook bir milyarddan çox istifadəçinin məlumatlarını siləcək
3 Noyabr 2021
Mətni dəyiş
Facebook yaxın həftələrdə üztanıma sistemini dayandırmağı və bir milyarddan çox istifadəçinin üztanıma məlumatlarını silməyi planlaşdırdığını açıqlayıb. Meta-nın süni intellekt üzrə yeni vitse-prezidenti təyin edilən Jerom Pesenti blog yazısında Facebook-da üztanıma sistemini bağlayacaqlarını deyib. Üztanıma funksiyasını seçən şəxslərin artıq foto və videolarda avtomatik müəyyən edilə bilməyəcəyini bildirən Pesenti bir milyarddan çox istifadəçinin üztanıma məlumatlarının silinəcəyini qeyd edib. “Xüsusilə tənzimləyicilərin hələ də aydın qaydalar təyin etmədiklərinə görə, cəmiyyətdə artan narahatlıqları nəzərə alaraq üztanıma üçün uyğun istifadə şərtlərini müzakirə etməliyik”, deyə Pesenti bildirib. Hələ də üztanıma texnologiyasını güclü bir vasitə olaraq gördüklərini vurğulayan Pesenti bu texnologiyalar üzərində işləməyə davam edəcəklərini sözlərinə əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun