DSMF dövlətə borcu olan şirkətə tender verib

DSMF dövlətə borcu olan şirkətə tender verib
4 Noyabr 2021
Mətni dəyiş

"Dövlət Sosial Müdafiə Fondu" Publik Hüquqi Şəxsi və "DIAMOND GLASS AZERBAIJAN " MMC maya dəyəri 436482 AZN (43 min 648 manat) olan satınalma müqaviləsi imzalayıblar. 

AbzasMedia xəbər verir ki, müqavilədə Dövlət Sosial Müdafiə Fondunun Aparatının inzibati binasında giriş-çıxışa nəzarət sistemi və strukturlaşdırılmış kabel sisteminin qurulmasına lazım olan avadanlıq və xidmətlərin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, nizamnamə kapitalı 300 manat olan "DIAMOND GLASS AZERBAIJAN " MMC 3 iyul 2017-ci ildə dövlət qeydiyyatına alınıb.

Dövlət Vergi Xidmətinin 4 noyabr 2021-ci ilə olan rəsmi məlumatına görə, "DIAMOND GLASS AZERBAIJAN " MMC-nin dövlətə 326756 AZN (3 min 267 manat) vergi borcu var.

Bu qədər böyük maliyyə dəyəri olan tenderdə dövlətə vergi borcu olan şirkət necə qalib gəlib, sual altındadır.

Vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.​

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun