Dövlətə borcu olan şirkət Ağdaş Dövlət Humanitar Kollecinin keçirdiyi iki tenderdə qalib gəlib

Dövlətə borcu olan şirkət Ağdaş Dövlət Humanitar Kollecinin keçirdiyi iki tenderdə qalib gəlib
4 Noyabr 2021
Mətni dəyiş

Ağdaş Dövlət Humanitar Kolleci və "AST-TƏMİR İNŞAAT" MMC maliyyə dəyəri ümumilikdə 754482 AZN (75 min 448 manat) olan iki satınalma müqaviləsi imzalayıb. 

AbzasMedia xəbər verir ki, maliyyə dəyəri 4052225 AZN (40 min 522 manat) olan birinci müqavilədə kollecin binasında əsaslı təmir işlərinin aparılması, maliyyə dəyəri 3492595 AZN (34 min 925 manat) olan ikinci müqavilədə isə kollecin binasında cari təmir işlərinin aparılması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, nizamnamə kapitalı 20 manat olan "AST-TƏMİR İNŞAAT" MMC 9 avqust 2019-cu ildə dövlət qeydiyyatına alınıb.

Dövlət Vergi Xidmətinin 4 noyabr 2021-ci ilə olan rəsmi məlumatına görə, "AST-TƏMİR İNŞAAT" MMC-nin dövlətə 77197 AZN (771 manat 97 qəpik) vergi borcu var.

Bu qədər böyük maliyyə dəyəri olan iki tenderdə dövlətə vergi borcu olan şirkət necə qalib gəlib, sual altındadır.

Vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.​

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun