Çavuşoğlu Lavrovla görüşüb: "Ukraynanın istifadə etdiyi PUA-lara görə bizi günahlandırmaq olmaz"

Çavuşoğlu Lavrovla görüşüb: "Ukraynanın istifadə etdiyi PUA-lara görə bizi günahlandırmaq olmaz"
1 Noyabr 2021
Mətni dəyiş
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynanın istifadə etdiyi silahlı pilotsuz uçuş aparatlarının (PUA) Türkiyədə istehsal olunsa da, Ukrayna tərəfindən istifadə edildiyini və buna görə də Türkiyəni günahlandırmağın doğru olmadığını bildirib. G20 Liderlər Zirvəsi üçün prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə Romaya səfər edən xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Görüşdən sonra Çavuşoğlu Türkiyə və Rusiya mətbuatına açıqlamalar verib. Çavuşoğlu rusiyalı müxbirin Türkiyədə istehsal olunan pilotsuz uçuş aparatlarının Donbassda istifadəsi ilə bağlı sualına belə cavab verib: "Bir ölkə bizdən, ya da başqa ölkədən silah alırsa, o silahı Türkiyə, Rusiya və ya Ukrayna silahı adlandırmaq olmaz. Əgər dövlət bunu bizdən alırsa, o, artıq Türkiyə məhsulu deyil. Ola bilsin ki, o, Türkiyədə istehsal olunub. ancaq Ukraynaya məxsusdur. Bunun üçün Türkiyəni qınamaq olmaz”. Türkiyənin də terrorla mübarizədə müxtəlif ölkələrdən müxtəlif silahlarla qarşılaşdığını deyən nazir Çavuşoğlu söyləyib ki, "Bəzən müxtəlif ölkələrdə terrorla mübarizəmiz zamanı fərqli ölkələrdən, o cümlədən Rusiyadan silahlarla qarşılaşırıq. Biz heç vaxt Rusiyanı günahlandırmırıq. Ukrayna da bizim adımızdan istifadə etməyi dayandırmalıdır”. Rusiyadan PUA-ya reaksiya Ukraynanın Donbassda ilk dəfə Türkiyədən aldığı Bayraktar PUA-larından istifadə etməsindən sonra Kremldən reaksiya gəlib. Kremlin sözçüsü Dmitri Peskov Türkiyə ilə yaxşı münasibətlərə malik olduqlarını, amma Ukraynaya satılan PUA-ların bölgədə qeyri-sabitliyə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlarının son hadisələrlə reallığa döndüyünü bildirib. Ukraynaya pilotsuz təyyarələrin satışının bölgədəki sülhə töhfə verməyəcəyini deyən Peskov əlavə edib ki, bu silahlar Ukrayna ordusunun əlinə keçdiyi andan etibarən bölgədə (Donbas) istifadə potensialının olduğunu və bunun qeyri-sabitliyə gətirib çıxara biləcəyini görüblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun