Bu gün Azərbaycanda Zəfər Günü qeyd edilir

Bu gün Azərbaycanda Zəfər Günü qeyd edilir
8 Noyabr 2021
Mətni dəyiş

Ötən il, sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlayan və 44 gün davam edən müharibə Azərbaycanın işğal altında olan ərazilərinin böyük qismini azad etməsiylə nəticələnib.

Müharibənin kulminasiya nöqtəsi isə Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın ürəyi hesab olunan Şuşa şəhərini işğaldan azad etməsi olub. Azərbaycan Prezidenti İlham Əliyev məhz bu tarixin Zəfər Günü kimi qeyd edilməsi ilə bağlı 2 dekabr 2020-ci il tarixində sərəncam imzalayıb.

Zəfər Günü ilə əlaqədar olaraq bu gün Bakıda və ölkənin müxtəlif regionlarında silsilə tədbirlər keçirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun