Bu günə qədər Amnistiya Aktı ilə 101 nəfər azadlığa çıxıb

Bu günə qədər Amnistiya Aktı ilə 101 nəfər azadlığa çıxıb
11 Noyabr 2021
Mətni dəyiş
Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov bu günədək Amnistiya aktı ilə azadlığa çıxanların sayını açıqlayıb. O bildirib ki, hazırkı amnistiya aktı dörd bölmə, 45 hissədən ibarətdir. Malik Ələkbərovun sözlərinə görə, birinci bölmədə amnistiya şamil edilən şəxslərin siyahısı, ikinci bölmədə tətbiq edilən məhdudiyyətlər, üçüncü bölmədə aktın qüvvəyə minməsi barədə, 4-cü bölmədə isə icra prosesi göstərilir: “Bütün statistik məlumatlar tədqiq edildi və 5 800 məhkuma, probasiya üzrə isə 8 800 nəfərə amnistiya şamil edildi. Akt amnistiyanın şamil edildiyi 17 min nəfərdən, 15 mininə Ədliyyə Orqanları tərəfindən icra olunacaq. Bu amnistiya aktı genişliyi ilə seçilir”. “Penitensiar Xidmət tərəfindən zəfər münasibətilə imzalanan amnistiya aktının sabahı 36 nəfər, bu günə qədər isə 101 nəfər amnistiya aktı ilə azadlığa buraxılıb” - deyə o qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun