Bir qrup müharibə veteranı nazirlik qarşısında etiraz aksiyası keçirib

Bir qrup müharibə veteranı nazirlik qarşısında etiraz aksiyası keçirib
19 Noyabr 2021
Mətni dəyiş
Noyabrın 19-da Birinci Qarabağ Müharibəsi veteranlarından ibarət qrup Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçiriblər. Onlar artıq neçə aydır ki, əlilliyə görə pensiyaların verilməməsinə etiraz ediblər. Aksiyaya qoşulan digər şəxslər də əlilliyə görə pensiyadan məhrum olduqlarını bildiriblər. Polis aksiyanın qarşısını alıb. Bəzi iştirakçılar polis maşınlarına oturdularaq ərazidən çıxarılıb. Etirazçıların bir hissəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qəbul ediblər. Ancaq qurumdan bu barədə şərh almaq mümkün olmayıb. Bu il hakimiyyət əlilliyin verilməsi qaydalarına yenidən baxıb, bu səbəbdən fiziki imkanları məhdud şəxslərin bir hissəsi müavinətdən məhrum olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun