Belarusdan Polşaya keçməyə çalışan 7 miqrant sərhəddə həyatını itirib

Belarusdan Polşaya keçməyə çalışan 7 miqrant sərhəddə həyatını itirib
10 Noyabr 2021
Mətni dəyiş
Belarusdan Polşaya keçməyə çalışan 7 qaçqın ölü tapılıb. Polşa qaçqınların keçməsinə icazə vermək çağırışı etdiyi üçün Belarusu münaqişəyə səbəb olmaqda ittiham edərək sərhədə 12 mindən çox əsgər yerləşdirib. Polşanın sərhəd mühafizə orqanları böyük bir qrup qaçqının Belarusdan ölkə ərazisinə daxil olmağa cəhd etdiyini açıqlayıb. "Mühacirlər sərhədi zorla keçmək üçün ilk cəhdlərini edirlər", - Twitter-də verilən açıqlamada deyilir. Qaçqınların tikanlı məftildən keçməyə çalışdığı görüntülərlə yanaşı, Belarusun NEXTA bloq xidməti tərəfindən paylaşılan videoda bel çantaları daşıyan və qış paltarları geyinmiş qaçqınların magistral yolun kənarı ilə getdiyi görünür. Başqa bir videoda isə yol kənarında oturan və xaki geyimli geyimli silahlı şəxslər tərəfindən müşayiət edilən böyük qaçqın qrupları görünür. Mesopotamiya Agentliyində yer alan xəbərə görə, Xarici İşlər Nazirinin müavini Piotr Vavrzik Polşa İctimai Radiosuna açıqlamasında bildirib ki, "Belarus silahların atıldığı və insan tələfatının olduğu böyük bir insident törətmək istəyir. Mətbuatda yer alan xəbərlərə görə, Kuznitsa yaxınlığında sərhədi kütləvi keçməyə cəhd olacağına dair böyük təxribat hazırlanır”. Avropa İttifaqı Belarusu Qərbin insan haqları pozuntularına görə, Minskə qarşı tətbiq etdiyi sanksiyaların intiqamını almaqdan ötrü hibrid müharibə forması kimi Yaxın Şərq və Afrikadan gələn qaçqınları Belarus vasitəsilə Aİ ölkələrinə keçməyə təşviq etməkdə ittiham edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun