Belarus Daxili İşlər Nazirliyi Polşanın “Belsat” telekanalını “ekstremist qruplaşma” elan edib

Belarus Daxili İşlər Nazirliyi Polşanın “Belsat” telekanalını “ekstremist qruplaşma” elan edib
3 Noyabr 2021
Mətni dəyiş
Belarus Daxili İşlər Nazirliyi müxalif “Belsat” telekanalını və onun sosial media hesablarını “ekstremist qruplaşma” elan edərək fəaliyyətlərini qadağan edib. “Ekstremist qruplaşma”nın yaradıcılarını, rəhbərliyini və abunəçilərini 7 ilə qədər həbs gözləyir. Bundan əvvəl iyul ayında Qomel məhkəməsinin kanalın veb-saytını və sosial şəbəkələrini “ekstremist materiallar” elan etməsinə görə “Belsat” abunəçiləri inzibati məsuliyyət təhlükəsi ilə üzləşmişdilər. Fevralda Minsk məhkəməsi 2020-ci ilin noyabrında Minskdəki etiraz aksiyalarından canlı yayım edən “Belsat” əməkdaşları Darya Çultsova və Yekaterina Baxvalovanı iki il müddətinə azadlıqdan məhrum edib. “Belsat” jurnalistləri etiraz aksiyalarını təşkil etməkdə ittiham olunublar. Noyabr ayında Çultsova və Baxvalova “Lukaşenko rejiminə qarşı etiraz aksiyalarını cəsarətlə işıqlandırdıqlarına görə” “Free Media Awards” mükafatına layiq görülüblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun