Almaniya XİN: Belarus qaçqınları qəsdən Polşa sərhədinə yönləndirir

Almaniya XİN: Belarus qaçqınları qəsdən Polşa sərhədinə yönləndirir
15 Noyabr 2021
Mətni dəyiş
Almaniyanın xarici işlər naziri Heiko Maas Avropa İttifaqının (Aİ) Belarusa qarşı yeni sanksiyalar tətbiq edəcəyini bildirib. Aİ Belarus hökumətini qüvvədə olan sanksiyalara cavab olaraq sığınacaq axtaranları qəsdən Polşa sərhədinə yönəltməkdə ittiham edir. "Avropa İttifaqının nazirləri bazar ertəsi günkü iclaslarında insan alverinə birbaşa və ya dolayısı ilə dəstək verən şəxslərə qarşı sanksiyaları genişləndirəcəklər", deyə “Rheinische Post” qəzetinə açıqlama verən Maas bildirib. Qısa müddətdə sanksiyaya məruz qalacaq şəxslərin əhatəli siyahısının hazırlanacağını bildirən Maas hava yolu şirkətlərinin də embarqolara məruz qala biləcəyinə işarə edib. “DW Turkish”-də yer alan xəbərə görə, Maas Belarusa uçuşu olan bütün hava yolu şirkətləri ilə əlaqə saxladıqlarını bildirib. Bu təmasların nəticə verdiyini deyən Maas Türk Hava Yollarının İraq, Suriya və Yəmən vətəndaşlarını Belarusa uçuşlara buraxmamasını nümunə göstərib. “Bütün aviaşirkətlər bilməlidirlər ki, cinayətkar insan alverinə yardım etsələr, hava məkanından istifadə hüququ və eniş icazələri ilə bağlı sanksiyalar da daxil olmaqla, nəticələrlə üzləşəcəklər”, - Maas deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun