Avropa İttifaqı Belarus rəsmiləri üçün sadələşdirilmiş viza rejimini dayandırıb

Avropa İttifaqı Belarus rəsmiləri üçün sadələşdirilmiş viza rejimini dayandırıb
9 Noyabr 2021
Mətni dəyiş
Avropa İttifaqı Belarus rəsmiləri üçün viza rejiminin sadələşdirilməsi qaydalarını dayandırıb. Qərar Belarus rejiminin davam edən hibrid hücumuna cavabdır. Bu barədə Aİ-nin bəyanatında deyilir. Bu qərar Belarusun sıravi vətəndaşlarına aid edilmir, onlar viza rejiminin sadələşdirilməsinə dair saziş çərçivəsində güzəştlərdən istifadə etməyə davam edəcəklər. “Biz Belarus rejiminin miqrasiyadan davamlı istifadəsini qətiyyətlə pisləyir və rədd edirik. Belarusun siyasi məqsədlər üçün insanların həyatı ilə oynaması qəbuledilməzdir. Bu qərar bizim bu davam edən hibrid hücuma qarşı mövqeyimizi bir dahanümayiş etdirir”, Aİ-nin Daxili İşlər Şurasına rəhbərlik edən Sloveniya Daxili İşlər Nazirliyinin rəhbəri Aleş Hois qeyd edib. Müvafiq qərar Aİ-nin rəsmi jurnalında dərc olunacaq. O, dərc edildikdən ertəsi gün qüvvəyə minəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun