ABŞ mediası Rusiya tankları və artilleriyasının Ukrayna ilə sərhəd yaxınlığında toplaşdığını bildirib

ABŞ mediası Rusiya tankları və artilleriyasının Ukrayna ilə sərhəd yaxınlığında toplaşdığını bildirib
2 Noyabr 2021
Mətni dəyiş
Rusiya qoşunlarını və hərbi texnikasını Ukraynaya yaxın bölgələrdə cəmləşdirir. Bu barədə “Politico” nəşri yazıb. Nəşr Smolensk vilayətinin Yelnya ərazisində - Belarusla sərhəddən təqribən 100 kilometr və Ukrayna ilə sərhəddən 250 kilometr aralıda çəkilmiş peyk şəkillərini paylaşıb. Noyabrın 1-də çəkilmiş şəkillərdə tanklar, zirehli transportyorlar, özüyeriyən artilleriya bölmələri və quru qoşunları əks olunub. [caption id="attachment_110609" align="alignnone" width="1200"] Quru qoşunlarının böyük bir qrupu Smolensk vilayətinin Yelnya şəhərinin kənarında. 1 noyabr 2021-ci il Satellite image ©2021 Maxar Technologies / AFP / Scanpix / LETA[/caption] [caption id="attachment_110610" align="alignnone" width="1200"] Smolensk vilayətinin Yelnya şəhərinin kənarında tanklar, zirehli transportyorlar və köməkçi texnika. 1 noyabr 2021-ci il Satellite image ©2021 Maxar Technologies / AFP / Scanpix / LETA[/caption] [caption id="attachment_110612" align="alignnone" width="900"] Satellite image ©2021 Maxar Technologies / AFP / Scanpix / LETA[/caption] “Politico” qeyd edir ki, Ukrayna ilə sərhədə yaxın Bryansk və Kursk vilayətlərində Rusiyanın Moskva vilayətində yerləşən 4-cü qvardiya tank diviziyasının texnikası da onların diqqətini çəkib. Bu bölməyə T-80U tankları və özüyeriyən artilleriya qurğuları daxildir. Bundan əlavə, sərhəddə adətən Moskva yaxınlığında yerləşən 1-ci qvardiya tank diviziyasının bölmələri də müşahidə edilib. “The Washington Post” qəzeti oktyabrın 30-da yazıb ki, Rusiya yenidən Ukrayna ilə sərhəddə qoşun yığır və bu, ABŞ və Avropada narahatlıq yaradır. Nəşr peyk görüntülərinə də istinad edib, amma onları paylaşmayıb. Noyabrın 1-də Ukrayna Müdafiə Nazirliyi bildirib ki, “Rusiya bölmələri, silah və hərbi texnikasının Ukrayna ilə dövlət sərhədinə əlavə olaraq ötürülməsi qeydə alınmayıb”. Rusiya Federasiyasının Müdafiə Nazirliyi hələlik bununla bağlı şərh verməyib. Martın sonunda Rusiya Donbassda münaqişənin şiddətlənməsi fonunda Ukrayna sərhədləri yaxınlığında hərbi mövcudluğunu artırmağa başlayıb. Sərhəddə daha sonra öz yerləşdikləri yerlərə qayıdan on minlərlə əsgər müşahidə edilib. ABŞ-da qoşunların sərhəddə cəmləşməsi 2014-cü ildən bəri maksimum adlandırılıb. Rusiya Federasiyasının Müdafiə Nazirliyi qoşunların hərəkətini təlimlərlə izah edib və onların heç kimi təhdid etmədiklərini vurğulayıb. “Keyfiyyətsiz paylaşım” Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Amerika mediasının nəşrlərini “keyfiyyətsiz paylaşım” adlandırıb. “Özünüz gördünüz, Ukrayna ilə sərhəddən danışırlar, Belarusla sərhədi göstərirlər” o deyib. Peskov vurğulayıb ki, Rusiya hərbi texnikasının və ya ordu hissələrinin Rusiya ərazisində hərəkəti “yalnız bizim işimizdir”. “Rusiya heç vaxt heç kimi təhdid etməyib, təhdid etmir və heç kimə təhlükə törətmir”, – Peskov əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun