Vəkil: “Telman İsmayılov Monteneqrodan siyasi sığınacaq alıb”

Vəkil: “Telman İsmayılov Monteneqrodan siyasi sığınacaq alıb”
23 Oktyabr 2021
Mətni dəyiş
İş adamı Telman İsmayılov Monteneqroda siyasi sığınacaq alıb. Bu barədə onun vəkili Miloş Vuksanoviç yerli “Pobjeda” qəzetinə məlumat verib. Vəkilin sözlərinə görə, İsmayılov əvvəllər biznesmen barəsində həbs qərarı çıxarmış Rusiyaya ekstradisiyası məsələsinə baxılana qədər olduğu təcridxanadan buraxılıb. İsmayılov oktyabrın 1-də Rusiya tərəfindən verilən həbs qərarı əsasında saxlanılıb. İş adamının vəkili daha əvvəl onun həbsini qanunsuz adlandırıb, çünki bu, Monteneqroda siyasi sığınacaq məsələsinə baxılarkən baş verib. Telman İsmayılovun rusiyalı vəkili Marina Rusakova “İnterfaks”-a iş adamının Monteneqroda siyasi sığınacaq aldığını və həbsdən azad edildiyini təsdiqləyib. Telman İsmayılov AST qrupunun qurucusudur, 2009-cu ildə bağlanıb sökülən Çerkizovski bazarının keçmiş sahibidir. T.İsmayılov müflis elan edilib. Onun aktivlərinin bir hissəsi kreditor banklara verilib. 2017-ci ildə Rusiya Telman İsmayılovu beynəlxalq axtarışa verib. O, 2016-cı ildə sahibkarlar Vladimir Savkin və Yuri Brilevin qətllərində əli olmaqda qiyabi ittiham olunub.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun