UEFA Krımı Ukraynanın tərkib hissəsi olaraq təqdim edib, Rusiya qəzəblənib

UEFA Krımı Ukraynanın tərkib hissəsi olaraq təqdim edib, Rusiya qəzəblənib
7 Oktyabr 2021
Mətni dəyiş
Rusiyanın ilhaq etdiyi Krımın "rəhbəri" Sergey Aksenov UEFA-nın “Avro 2024” loqotipinin təqdimat mərasimində nümayiş etdiyi videoda Ukraynaya Krımı da daxil edərək siyasəti idmana qarışdırdığını və nüfuzuna xələl gətirdiyini söyləyib. Daha əvvəl Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) 2024-cü ildə Almaniyada keçiriləcək Avropa Futbol Çempionatının brend, loqo və şüarını təqdim etmişdi. Berlindəki Olimpiya Stadionunda keçirilən təqdimat zamanı Rusiya tərəfindən ilhaq edilən Krımın Ukrayna ərazisi kimi göstərildiyi Avropa xəritəsinin video-çarxı nümayiş etdirilib. [embed]https://twitter.com/EURO2024/status/1445473499720531975?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1445473499720531975%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.currenttime.tv%2Fa%2Fuefa-pokazal-video-krym-otnesen-territorii-ukrainy%2F31495401.html[/embed] "Təəssüf ki, idman növbəti dəfə siyasətin alətinə çevrildi. Özü də aldadıcı və vicdansız siyasət. UEFA futbolun inkişaf etdirilməsi ilə əlaqədar birbaşa vəzifələri və məsuliyyətləri ilə məşğul olmaq əvəzinə, Ukraynanın və anti-krım qüvvələrin maşasına çevrilir, bununla da öz nüfuzuna xələl gətirir”, deyə Aksenov Telegram kanalında yazıb. Bunun yanaşı, ilhaq edilmiş yarımadanın “rəhbəri” bildirib ki, bu vəziyyət heç bir şeyə təsir etmir və heç nəyi dəyişməyəcək. Bundan əvvəl Ukrayna milli futbol komandasının Avropa çempionatı üçün forması Rusiya ilə Ukrayna arasında qalmaqala səbəb olmuşdu. Qəzəbə səbəb Rusiyanın ilhaq etdiyi Krımın daxil olduğu Ukrayna xəritəsinin şəkli və "Yaşasın Ukrayna! Yaşasın qəhrəmanlar!" yazısı idi. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova bunu "ümidsiz bədii aksiya" adlandırmışdı. Bununla birlikdə, UEFA BMT tərəfindən dövlətin müvafiq sərhədlərinin tanınması səbəbi ilə  Ukrayna millisinin formasını təsdiqləndiyini açıqlamışdı. [caption id="attachment_100146" align="alignnone" width="735"] Mariya Zaxarova[/caption] 2014-cü ilin martında Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edib. Beynəlxalq təşkilatlar Krımın ilhaqını qanunsuz hesab edib və Rusiyanın hərəkətlərini qınayıb. Qərb ölkələri Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib. Kreml yarımadanın ilhaqını rədd edir və bunu "tarixi ədalətin bərpası" adlandırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun