Türkiyədə çeçen müxalifətçilərinə hücum hazırlamaqda ittiham edilən dörd Rusiya vətəndaşı saxlanılıb

Türkiyədə çeçen müxalifətçilərinə hücum hazırlamaqda ittiham edilən dörd Rusiya vətəndaşı saxlanılıb
21 Oktyabr 2021
Mətni dəyiş
İstanbul Baş Prokurorluğu oktyabrın 8-də Çeçenistanın bəzi müxalifətçilərinə silahlı hücum hazırlamaqda ittiham olunan dörd Rusiya vətəndaşını, habelə Ukrayna və Özbəkistan vətəndaşını saxlayıb. Bu barədə “Hürriyet” qəzeti məlumat verib. Saxlanılanlar siyasi və hərbi casusluqda günahlandırılır. Türkiyənin cəza qanunlarına görə onları bu ittihamla 15-20 il həbs cəzası gözləyir. Məhkəmə təqsirləndirilən şəxslərin həbsinə qərar verib. Onlar hazırda İstanbulun Maltəpə vilayətindəki həbsxanada saxlanılırlar. “Hürriyet” qəzeti saxlanılanların adlarını dərc edib: Rusiya vətəndaşları Abdulla Abdullayev, Rövşən Əhmədov, Bislan Rasayev və Aslanbəy Əbdülmüslimov, həmçinin Ukrayna vətəndaşı İqor Yefrim və Özbəkistan vətəndaşı Amir Yusupov. Oktyabrın 8-də CNN Turk bildirib ki, polis və Türkiyə Milli Kəşfiyyat İdarəsi siyasi və hərbi casusluqda şübhəliləri saxlayıb. Onlar İstanbul və Antalyada silahlı hücumların təşkilində şübhəli biliniblər. Saxlanılan şəxslərdən Rusiya pasportları götürülsə də, onların saxta olub-olmadığı bəlli deyildi. https://twitter.com/Hurriyet/status/1446410035962073088?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1446410035962073088%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url= Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov oktyabrın 11-də baş verənlər haqda heç bir məlumatının olmadığını bildirib. “Əgər onlar həqiqətən Rusiya vətəndaşıdırlarsa, çox güman ki, biz artıq diplomatik kanallar vasitəsilə bu barədə məlumatlandırılmışıq, ya da tezliklə bu, baş verəcək. Amma hazırda bu barədə heç bir informasiyaya malik deyilik”, deyə o bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun