Tesla irqçiliyə məruz qalan əməkdaşına 137 milyon dollar təzminat ödəyəcək

Tesla irqçiliyə məruz qalan əməkdaşına 137 milyon dollar təzminat ödəyəcək
6 Oktyabr 2021
Mətni dəyiş

Elektrikli avtomobil şirkəti Tesla iş yerində irqçiliyə məruz qalan qaradərili işçisinə təzminat olaraq 137 milyon dollar (232 milyon 900 min manat) ödəməli olacaq. 

53 yaşlı Oven Diaz Teslanın Kaliforniyadakı ofisində lift ustası kimi çalışıb. O, çalışdığı 9 ay müddətində davamlı olaraq irqçiliyə məruz qalıb və ofisin rəhbərliyi bunu bilsə də, qarşısını almayıb.

San-Fransisko məhkəməsinin qəbul etdiyi qərara görə, şirkət irqçiliyə məruz qalan əməkdaşına 6.9 milyon dolları (11 milyon manat) mənəvi zərərə görə olmaqla, ümumilikdə 137 milyon dollar ödəməli olacaq.

Məhkəmədə çıxış edən Oven Diaz bildirib ki, irqçi davranışlardan sonra, normal yuxu və qidalanma rejimi pozulub: "Xeyli çəki itirmişəm, davamlı olaraq düşünüb ağlayıram", - deyə o, bildirib.

Teslanın rəhbərinin köməkçisi Valeri Keypers şəxsi bloqunda qərarı şərh edərkən bildirib ki, məhkəmənin qərarı yanlışdır, ancaq onlar da 2015-2016-cı illərdə mükəmməl olmayıblar.

Bu ilin mayında da Tesla Melvin Berry adlı əməkdaşının irqçiliyə məruz qalmasına görə, ona 1 milyon dollar (1 milyon 700 min manat) ödəmək məcburiyyətində qalmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun