Taliban qadınların təhsil almasına icazə vermək üçün ölkənin dondurulmuş rezervlərinin açılmasını istəyir

Taliban qadınların təhsil almasına icazə vermək üçün ölkənin dondurulmuş rezervlərinin açılmasını istəyir
30 Oktyabr 2021
Mətni dəyiş

Taliban qadınlara təhsil hüququnu geri qaytarmaq üçün dünyadan dondurulmuş rezervlərinin açılmasını tələb edir. 

Bu barədə silahlı qruplaşmanın sözçüsü Əhməd Vəli Hakmal açıqlama verib. Hakmal bildirib ki, şəriət qaydalarına zidd olduğu üçün homoseksuallara tolerant yanaşılmayacaq, ancaq qadınların kişilərlə ayrı-ayrı siniflərdə təhsil almasına icazə verə bilərlər. Ancaq bunun üçün də Əfqanıstan Mərkəzi Bankının ABŞ-da və Avropada dondurulan rezervləri açılmalı, ölkəyə geri verilməlidir.

Hazırda Əfqanıstanda iqtisadi böhran səbəbindən hətta məmur maaşları da ödənilmir. Ölkənin milyardlarla dollarının ABŞ-da və Avropada dondurulduğu bildirilir.

Əfqanıstan Mərkəzi Bankının İdarə Heyətinin üzvü Şah Mihrabi deyir ki, əgər ehtiyatlar buraxılmasa, Avropaya doğru miqrasiya dalğasına səbəb ola biləcək iqtisadi çöküş qaçılmaz olacaq.

"İlin sonuna yetəcək qədər pulumuz var. Ancaq dondurulmuş rezervlərimiz də var. Hazırda Amerika banklarında 9 milyard, Almaniya banklarında isə 450 milyon dollarımız var", - deyə Əfqanıstan Mərkəzi Bankının İdarə Heyətinin üzvü Şah Mihrabi bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun