Taliban narkotik aludəçilərini döyüb müalicə müəssisələrinə yerləşdirir

Taliban narkotik aludəçilərini döyüb müalicə müəssisələrinə yerləşdirir
20 Oktyabr 2021
Mətni dəyiş

Əfqanıstanda iki ay əvvəl hakimiyyəti ələ keçirən Taliban silahlıları narkotik aludəçilərini və narkotacirləri cəzalandırmağa başlayıb. 

Kabilin qaranlıq, narkotik aludəçilərinin çoxluq təşkil etdiyi küçələrini axtaran Taliban üzvləri körpülərin altından, sahillərdən topladıqları narkotik istifadəçilərini əvvəlcə döyürlər, sonra isə onları müalicə müəssisələrinə yerləşdirirlər.

Müalicə müəssisəsinin həkimləri isə deyir ki, saxlanılan narkotik aludəçilərinin böyük əksəriyyəti psixi problemlər də yaşayırlar.

Taliban üzvlərinin tapşırığına əsasən, bu şəxslərə bir müddət yatmağa icazə verilmir. Onlar müəssisəyə gəldikdən sonra saçları tamamilə qırxılır və tam çılpaq şəkildə təzyiqli su qarşısında durmağa məcbur edilirlər.

Beynəlxalq təşkilatlar isə hesab edirlər ki, heç kimi döyərək müalicə etmək olmaz və Talibanın bu addımları insan haqlarına ziddir. Onların fikrincə, narkotiklə mübarizədə daha peşəkar üsullardan istifadə etmək lazımdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun