Taliban işçilərə əməkhaqqı kimi buğda verəcək

Taliban işçilərə əməkhaqqı kimi buğda verəcək
25 Oktyabr 2021
Mətni dəyiş

Əfqanıstanda imkansız insanlara iş imkanı açmaq üçün həyata keçiriləcək bir proqramda işləyən şəxslərin hər birinə 10 kiloqram, mühəndislərə isə 16,5 kiloqram buğda veriləcək. 

İnkişaf Agentliyinin sədr müavini Riyazəttin Şərifi bildirib ki, hazırda Əfqanıstan iqtisadi baxımdan çəkinlik yaşayır və bu addım işləyən şəxslərin qarşılıqsız qalmaması üçün nəzərdə tutulub.

Şərifi bildirib ki, sözügedən üsul birinci Kabildə, daha sonra isə 34 bölgədə həyata keçiriləcək.

"Bu layihənin iki məqsədi var. Birincisi, işsizlər üçün iş yerləri açmaq, yoxsullara iş imkanı yaratmaq, ailələrini çörəklə təmin etməkdə kömək etmək. İkincisi, Kabul yayda yeraltı su problemindən əziyyət çəkir, yağış yağanda şəhər küçələrini su basır. Bu səbəbdən paytaxt ətrafındakı dağlarda və təpələrdə çuxurlar qazır. sel yollarında kiçik bəndlər qururuq. Beləliklə, bir tərəfdən daşqınların qarşısını almağı, digər tərəfdən də torpağın su saxlamasını təmin etməyi hədəfləyirik", - deyə İnkişaf Agentliyinin sədr müavini Riyazəttin Şərifi bildirib.

Şərifi əlavə edib ki, hazırda Əfqanıstanda dövlətin balansında olan 55 min ton buğda var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun