“Sizin sevimli amerikalı prezidentinizi susdurdular” – Donald Tramp öz sosial şəbəkəsini yaradır

“Sizin sevimli amerikalı prezidentinizi susdurdular” – Donald Tramp öz sosial şəbəkəsini yaradır
22 Oktyabr 2021
Mətni dəyiş
Ötən il keçirilən prezident seçkilərində məğlub olan keçmiş ABŞ prezidenti Donald Tramp o zamankı yazılarına görə sosial şəbəkələr tərəfindən bloklanmışdı. Sosial media hesabları bağlanan Tramp öz sosial media tətbiqini aktivləşdirmək üçün işə başlayıb. Trampın gələn ay istifadəyə veriləcək “TRUTH Social” proqramı “Trump Media və Technology Group” və bu məqsədlə alınan bir şirkətin birləşməsi ilə yaradılacaq. Yeni şirkətin hər kəsə fikirlərini bölüşmək imkanı vermək üçün qurulduğunu vurğulayan Tramp bildirib ki, “Tezliklə “TRUTH Social” haqqında fikirlərimi ifadə edə biləcəyim və böyük texnologiya şirkətləri ilə mübarizə aparacağım üçün çox həyəcanlıyam”. “Talibanın” tvitterdə böyük auditoriyaya sahib olduğu bir dünyada yaşayırıq. Amma sizin sevimli amerikalı prezidentinizi susdurdular. Bu, qəbuledilməzdir”, deyə Tramp əlavə edib. “TRUTH Social”ın gələn ay “seçilmiş dəvətlilərlə” işə başlayacağı və 2022-ci ilin birinci rübündə istifadəçilərlə görüşəcəyi planlaşdırılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun