Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib

Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib
27 Oktyabr 2021
Mətni dəyiş
Bu gün Bakı Hərbi Məhkəməsində Milli Qəhrəman, sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, R.Əkbərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 12.1, 221.3-cü (xuliqanlıq) maddəsi ittihamdan xaric edilib. Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub. Belə ki, məhkəmə R.Əkbərovdan 40 010 manat pulun tutularaq zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə verilməsi barədə qərar çıxarıb. Eyni zamanda məhkəmə R.Əkbərovun hərbi rütbəsinin və fəxri adlarının alınmasını zəruri hesab etməyib. Buna səbəb işdə hərbi rütbənin alınması ilə bağlı təqdimat olmadığı göstərilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun