Roma Papası Fransisk Katolik Kilsəsindəki pedofiliya ilə bağlı hesabatdan dərin mənəvi əzab keçirdiyini deyib

Roma Papası Fransisk Katolik Kilsəsindəki pedofiliya ilə bağlı hesabatdan dərin mənəvi əzab keçirdiyini deyib
6 Oktyabr 2021
Mətni dəyiş
Roma Papası Fransisk kilsədə cinsi təcavüzü araşdıran müstəqil komissiyanın yaydığı hesabata münasibət bildirib. Roma Papası Fransisk Katolik Kilsəsindəki pedofiliya ilə bağlı hesabatın məzmunundan dərin mənəvi əzab keçirdiyini vurğulayıb. Bu barədə Müqəddəs Taxt-tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni açıqlama verib. Kilsələrdə uşaqların cinsi istismarını araşdırmaq üçün 2018-ci ildə yaradılan müstəqil komissiyanın hesabatına əsasən, Fransada kilsələrdə 1950-ci ildən 2020-ci ilə qədər 216 min uşaq cinsi istismara məruz qalıb. Fransa Katolik Kilsəsində 2900-3200 arasında pedofil keşiş və ya kilsənin digər üzvlərinin fəaliyyət göstərdiyini aşkarlanıb. 2500 səhifəlik hesabatda həm cinayətkarların sayı, həm də qurbanların sayı əks olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun