Qətərdə keçirilən seçkilərdə qadın namizədlərdən heç biri parlamentə düşə bilməyib

Qətərdə keçirilən seçkilərdə qadın namizədlərdən heç biri parlamentə düşə bilməyib
4 Oktyabr 2021
Mətni dəyiş

Qətərdə ilk dəfə keçirilən parlament seçkilərinin nəticələri açıqlanıb.

Bu barədə Qətər Şura Məclisinin seçkilərdən məhsul komitəsi məlumat yayıb. Məlumatda bildirilib ki, keçirilən seçkilərdə əhalinin iştirakçılığı 63.5 faizdir.

Komitə bununla bərabər, seçilən 30 namizədin adını açıqlayıb. 45 nəfərlik parlamenti əvvəllər Qətər əmiri müəyyənləşdirsə də, indiki qaydalara görə, onların 30-nu xalq seçməli idi.

Seçkilərdə 26-sı qadın olmaqla 234 namizəd yarışıb. Namizəd qadınlardan heç biri parlamentə düşə bilməyib.

Bundan əvvəl isə başqa bir müsəlman ölkəsi olan Tunisdə ilk dəfə Baş nazir postuna qadın gətirilib. Tunis prezidenti Kais Saidin sərəncamı ilə Dünya Bankının keçmiş əməkdaşı, mühəndislik fakültəsinin professoru Nacla Buden Romdhaneni Tunisin Baş naziri təyin edilib. 63 yaşlı Nacla Buden Romdhane nəinki Tunisdə, həmçinin Ərəb dünyasında bu vəzifəyə təyin olunan ilk qadındır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun