Nyu-Yorkun cinsi təcavüzdə ittiham olunan keçmiş qubernatoru həbs oluna bilər

Nyu-Yorkun cinsi təcavüzdə ittiham olunan keçmiş qubernatoru həbs oluna bilər
29 Oktyabr 2021
Mətni dəyiş

ABŞ-ın Nyu-York ştatının keçmiş qubernatoru Endryu Kuomonun barəsində cinsi təcavüz ittihamı ilə istinstaq işi başladılıb. 

Endryu Kuomonun keçmiş işçilərindən bir qadın prokurorluğa müraciət edərək qubernator tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib və cinayət işinin açılmasını istəyib. İşin 17 noyabra kimi məhkəməyə gedəcəyi gözlənilir.

Bir şəxsə "zorla toxunmaq" Nyu-York ştatında seksual qısnama cinayəti sayılır və buna görə 1 ilə qədər həbs cəzası var.

Endryu Kuomo ittihamlara görə, bu ilin avqustunda vəzifəsindən istefa verib.

Nyu-York prokurorluğunda Kuomo ilə bağlı daha iki iş üzrə istintaq gedir. O, xatirə kitabını hazırlayanda dövlət resurslarından istifadə etməkdə və pandemiya ilə bağlı məlumatları mənipulyasiya etməkdə şübhəli bilinir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun