Navalnı söz azadlığı və demokratiyanın müdafiəsinə görə mükafat alıb

Navalnı söz azadlığı və demokratiyanın müdafiəsinə görə mükafat alıb
7 Oktyabr 2021
Mətni dəyiş

Aleksey Navalnı söz azadlığının inkişafına, insan hüquqları uğrunda mübarizəyə və demokratiyanın müdafiəsinə verdiyi töhfəyə görə Almaniyanın M100 Media Mükafatına layiq görülüb. Mükafatlandırma mərasimi oktyabrın 6-da baş tutub.

Hazırda həbsdə olan Navalnı yerinə mükafatı siyasətçinin köməkçisi Leonid Volkov alıb.

M100 Media Mükafatı 2005-ci ildən etibarən verilir. Mükafat laureatları arasında Fransanın "Charlie Hebdo" jurnalı, "Sərhədsiz Həkimlər" təşkilatının qurucusu Bernar Kuşner, ukraynalı siyasətçi Vitali Kliçko və "Dojd" telekanalının baş direktoru Natalya Sindeyeva var.

Aleksey Navalnı 2021-ci ilin əvvəlindən bəri bir neçə nüfuzlu insan hüquqları mükafatına layiq görülüb. O, xüsusilə, Cenevrə İnsan Haqları və Demokratiya Forumu, Boris Nemtsov Fondu Mükafatı və Polşa “Azadlıq Cəngavəri” Mükafatı laureatı olub.

2021-ci ilin fevral ayında məhkəmə Aleksey Navalnının şərti cəzasını “Yves Rocher” işində əsl cəza ilə əvəz edib. İstintaq təcridxanasında və ev dustaqlığında keçirilmiş vaxtı nəzərə alaraq Navalni iki il yarım koloniyada qalmalı olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun