Müsəlman iş adamına "terrorist" deyən siyasətçi 18 ay müddətinə həbs edilib

Müsəlman iş adamına "terrorist" deyən siyasətçi 18 ay müddətinə həbs edilib
5 Oktyabr 2021
Mətni dəyiş

Kanadada "Halal restoranlar şəbəkəsi"nin sahibi Məhəmməd Fakihini öz sosial hesablarında hədəf göstərən siyasətçi Kevin Conson 18 ay müddətinə həbs edilib. 

Calqaray şəhər bələdiyyə başqanlığına namizəd Kevin Conson Məhəmməd Fakihə qarşı 2017-ci ildə başlatdığı nifrət nitqinə görə 2019-cu ildə 2,5 milyon Kanada dolları (3 milyon 368 min manat) cərimələnib.

Pul cəzası çıxarılan hökmdə o da yazılıb ki, Kevin heç vaxt nifrət nitqi söyləməyəcək, nə Məhəmməd Fakihi, nə də İslam dinini hədəf almayacaq. Ancaq qərardan sonra Kevin Conson bu əməlləri davam etdirdiyinə görə, Ontario Ali Məhkəməsi onu 18 ay müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə qərarı açıqlayarkən bildirib ki, siyasətçi dini-siyasi fikirlərinə görə yox, 6 dəfə ard-arda nifrət nitqi səsləndirdiyinə görə həbs olunur.

Muhammed Fakih isə bildirib ki, bu qərar onu rahatladıb: "Kanada adına çox gözəl bir gündür", - deyə o, bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun